Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Türkiyə Ermənistanla sərhədə hərbi texnika yeritdi

11 mart / 11:12 2 dəq
Turk ar
11 mart / 11:12
Burada sizin reklamınız ola bilər

Türkiyə artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirib.

Qerbxeber.com xəbər verir ki, bu iddia ilə Gümrüdən olan erməni hüquq müdafiəçisi Karapet Poqosyan çıxış edib.

Poqosyan bildirib ki, Türkiyənin sərhədə yerləşdirdiyi hərbi texnika 155 mm-lik təkərli artilleriya və 120 mm-lik minaatanlardır: “Onları sərhəddən gözlə görmək mümkündür. Son 100 ildə belə bir hadisə baş verməyib. Orada sərhədçilər həmişə olur, indi artilleriya sistemləri də yerləşdiriblər. Bura Canfida istiqamətidir. Sərhəd qoşunlarında artilleriya yoxdur, çünki onların funksiyası sərhəd pozucularını həbs etməkdir, artilleriya isə hücum silahıdır. Türkiyə qeyri-sabitliyin olduğu sərhədyanı ölkələr istiqamətində hücum silahları yerləşdirir. Fikrimcə, bütün bunlar Ermənistan hakimiyyətinin anti-Rusiya siyasətindən qaynaqlanır. Böyük ehtimalla, bu hakimiyyət rusları təxribata çəkməyə çalışacaq, bundan sonra Türkiyə Ermənistana müdaxilə edəcək”.

K.Poqosyan hesab edir ki, Rusiya sərhədçiləri “Zvartnots” hava limanından çıxarıldıqdan sonra Türkiyə-Ermənistan sərhədindən də çıxarılacaq.

“Ermənistanın sərhədlərin mühafizəsi ilə bağlı problemi var, hətta “Zvartnots”da sərhəd xidmətini təşkil etmək imkanı yoxdur. Çünki Ermənistanda heç vaxt mütəxəssis olmayıb, Vazgen Sarkisyan adına hərbi instituta ilk mütəxəssislər yalnız bu il qəbul edilib, onların da sayı cəmi 7 nəfərdir. Ermənistan-Türkiyə sərhədini qorumaq üçün də kifayət qədər resursumuz yoxdur. Bütün bunların fonunda Türkiyə artilleriyasını sərhədə yaxınlaşdırır, oradan atılacaq raket düz xətt üzrə İrəvana çatacaq”, – Poqosyan iddia edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı