Böyük Britaniyada koronavirusun yeni ştampı yayıldı-“The İndependent”yazır
Böyük Britaniyada səs boğuqması və kəsilməsi şəklində unikal simptomu olan “Stratus” koronavirusunun yeni ştamı yayılıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə “The İndependent” qəzeti məlumat verib.
Məlumata görə, “Stratus” ştamının iki növü var: XFG və XFG.3.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirib ki, ölkədəki COVID-19 hadisələrinin təxminən 30 faizi onlara aiddir.
“The İndependent” yazır ki, immunitetin zəifləməsi və peyvənd olunanların sayının azalması səbəbindən insanlar yeni ştama yoluxmağa daha həssas olacaqlar
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı