“Azərbaycanla İsrail arasında münasibərlərin inkişafı, Azərbaycanın İsraildə səfirlik açması İranın xoşuna gələn hadisə deyil. İranın Azərbaycana qarşı aqressiyasını gözləyirdik. Lakin, Azərbaycanın maraqları bu səfirliyin açılmasını tələb edirdi. Buna görə də maraqlar əsas götürülüb səfirlik açıldı”
Bu sözləri “Qərb Xəbər”ə açıqlamasında politoloq Oktay Qasımov bildirib.
“Həm Azərbaycan səfirliyinə edilən terror hücumu, həm də İsraildə senaqoqa hücum edilərək 10 nəfər şəxsin qətlə yetirilməsi, eyni zamanda bu hadisəni törədən şəxsin “Həmas” təşkilatınln üzvü olması ciddi mətləblərdən xəbər verir”.
Politoloq əlavə edib ki, İsrail dünyada terrorizmə qarşı ən effektiv mübarizə aparan dövlətlərdən biridir. Bu tipli hadisələri də cavabsız buraxmır.
“İsrailin baş naziri senoqoqa hücumun cavabının sürətli və effektiv olacağını bəyan etdi. Ardınca da İranda müxtəlif şəhərlərdə SEPAH-ın hərbi obyektləri, xüsusən də nüvə proqramlarının həyata keçirildiyi obyektləri və İranın dron və raket istehsal edən zavodları hədəf alındı. Ddəqiq zərbələr endirildi. Həmçinin, neftayırma müəssələrində partlayışlar baş verdi. Bunlar bölgədə sabitliyin pozulmasına gətirib çıxara biləcək hadisələrdi. Hələlik, bu zərbələrin kimin endirdiyi haqqında dəqiq və dolğun məlumat yoxdu. Sadəcə ehtimal olaraq İsrail olaraq bildirilir. Amma, İsrail tərəfi bununla bağlı hər hansı rəsmi açıqlama verməyib”.
“Sadəcə olaraq mən düşünürəm ki, zəlzələ və digər hadisələrdən daha ciddi olanı İranın nüvə proqramı ilə bağlı həm altılı danışıqlar masasından çəkilməsi, özünün nüvə proqramını ciddi şəkildə irəlilətməsi və nüvə silahı əldə etmək cəhdləri Qərbin və ABŞ-ın prosesə müdaxiləsini zəruri edir. Biz bunu ABŞ dövlət katibinin verdiyi açıqlamada da gördük. O qeyd etdi ki, İranla bağlı bütün məsələlər masadadır və müzakirə olunur. ABŞ tərəfinin mövqeyi budur ki, İranın nüvə silahı əldə etməsinə heç bir halda icazə verilməyəcək. Əgər İran bu hadisələrdən nəticə çıxartmasa, biz daha böyük proseslərə şahid ola bilərik” – deyə Oktay Qasımov vurğulayıb.
Rahib İsgəndərli.