Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Sabunçuda xəstəxanada ölən qadınla bağlı klinikadan AÇIQLAMA

2 fevral / 14:03 3 dəq
Stimul hospital
2 fevral / 14:03
Burada sizin reklamınız ola bilər

Ötən gün Sabunçu rayonunda yerləşən “Stimul hospital”da ölüm hadisəsi baş verib.

Belə ki, 47 yaşlı Səməngül Quliyeva kor bağırsağın partlaması nəticəsində vəfat edib.

“Qərb Xəbər” məlumat verir ki, ölüm hadisəsi ilə bağlı xəstəxanadan Oxu.Az-a bildirilib ki, S.Quliyeva adlı şəxs 31 yanvar tarixində yaxınlarının köməyi ilə klinikaya gətirilib:

“Daha əvvəl “Stimul hospital”a müraciət etməyən həmin vətəndaşdan şikayətlərinin nə olması və klinikaya müraciət etmə səbəbi haqqında məlumat istənilib. Həm xəstənin özü, həm də onunla birlikdə gələn yaxınları məlumat verərək xəstənin artıq 4-5 gündür özünü narahat hiss etdiyini deyiblər.

Qeyd edilib ki, xəstənin şikayətləri əsasən halının pisləşməsi və qarın nahiyəsində olan kəskin ağrılardan ibarətdir.

Şikayətləri ilə bağlı ilk olaraq o, başqa klinikada çalışan şəxsi həkiminə müraciət edib və həmin həkim xəstədən qarın boşluğunun abdomen Kompüter Tomoqrafiya (KT) müayinəsindən keçməsini istəyib.

Həmin tibb müəssisəsində qeyd olunan müayinəni həyata keçirmək üçün tələb olunan cihaz olmadığından o, bizim klinikaya müraciət edib. Klinikamıza müraciət edən xəstənin vəziyyətinin ağır olması səbəbilə o müayinə otağına növbəsiz salınaraq müayinə edilib. Bu zaman xəstənin vəziyyəti qəfildən pisləşib. Müayinəni həyata keçirən və bu halı müşahidə edən texniklər dərhal reanimatoloq çağırıblar. Klinikanın reanimatoloq və təcili yardım heyəti tərəfindən göstərilmiş bütün tibbi yardımlara baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. Əlavə olaraq qeyd edək ki, xəstəyə klinikamızda hər hansı cərrahi müdaxilə edilməyib.

KT müayinəsinin nəticələrinə əsasən xəstədə perforativ appendisit (partlamış appendisit) və yayılmış peritanit diaqnozu qoyulub”.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı