Bölgə xəbərləri

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐭ə𝐬̧𝐤𝐢𝐥 𝐨𝐥𝐮𝐧𝐚𝐧 𝐢𝐝𝐦𝐚𝐧 𝐲𝐚𝐫ı𝐬̧𝐥𝐚𝐫ı𝐧𝐝𝐚 𝐦𝐢𝐧𝐝ə𝐧 𝐜̧𝐨𝐱 𝐢𝐝𝐦𝐚𝐧𝐜̧ı 𝐢𝐬̧𝐭𝐢𝐫𝐚𝐤 𝐞𝐝𝐢𝐛

21 yanvar / 12:17 2 dəq
Ff6d800f10974bf420f31b0d29bf183f
21 yanvar / 12:17
Burada sizin reklamınız ola bilər
Şəmkir rayonunda idman tədbirləri davam etdirilir.
Ötən il ərzində Şəmkir müxtəlif idman növlərində yarışlara ev sahibliyi etmişdir.
Belə ki, ötən ilin yanvar ayında 2008/2010-cu il təvəllüdlü idmançılar arasında Sərbəst güləş taekvando, boks və şahmat üzrə rayon birincilikləri təşkil olunub.
Şəmkir ötən il regional idman tədbirlərinə də ev sahibliyi etdi. 2022-ci ilin aprel ayında Qazax, Ağstafa və Tovuz komandalarının da iştirakı ilə Boks üzrə rayon Açıq birinciliyi təşkil olundu.
3-4 may tarixində isə Şəmkir Olimpiya İdman Kompleksində boks üzrə Şəmkir rayon Açıq Birinciliyi keçirildi. Yarışda Şəmkir, Qazax, Tovuz və Ağstafa komandaları olmaqla, ümummillikdə 120 nəfərdən artıq idmançı iştirak etdi.
Şəmkir Olimpiya İdman Kompleksində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş yunan-roma güləşi üzrə yeniyetmələr və gənclər arasında Açıq rayon birinciliyi də rayonun idman həyatında mühüm əhəmiyyətə malik oldu. Yarışda Şəmkirlə yanaşı digər şəhər və rayonlardan 180 nəfər idmançı mübarizə apardı.
Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan idman yarışlarından biri də Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə Şəmkir rayon Açıq birinciliyi idi. Yarışda Şəmkir, Tovuz, Ağstafa və Mingəçevir şəhərinin komandaları iştirak etdilər.
Bundan başqa rayonda müxtəlif idman növləri üzrə il ərzində idman ictimaiyyətinin marağına səbəb olan yarışlar təşkil oldundu ki, bu yarışların məqsədi Şəmkirdə idmanın inkişafına, müxtəlif növlərdə idmançıların yetişməsinə dəstək göstərməkdir.
Paylaş
Burada sizin reklamınız ola bilər