Qazaxda ev yanıb
Qazax Rayon Nəriman Nərimanov küçəsində yerləşən evdə yanğın baş verib.
“Qərb Xəbər” bildirir ki, rayon sakini Əliyev Arifə məxsus 57 m²-lik evin dam örtüyünə ciddi ziyan dəyib. Yanğının elektrik xətlərindən meydana gəldiyi bildirilib.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını dərhal söndürüblər.
Faktla bağlı araşdırma aparılır.




