Bölgə xəbərləri

Kür çayında batması ehtimal olunan şəxsin axtarışlarını davam edir – Video

10 yanvar / 17:21 1 dəq
10d1537
10 yanvar / 17:21
Burada sizin reklamınız ola bilər

Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları tərəfindən 21 dekabr 2022-ci il tarixində Kür çayının Tovuz rayonunun Qədirli kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan 1974-cü il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun axtarışları davam etdirilir.

“Qərb Xəbər” bildirir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərini həyata keçirirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər