Bölgə xəbərləri

Ərdoğan: “TANAP-la Türkiyəyə 18,5 milyard kubmetr qaz nəql edilib”

16 dekabr / 17:32 1 dəq
Bf1ec019 6efd 3b22 92e2 771b20c91688
16 dekabr / 17:32
Burada sizin reklamınız ola bilər

Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 18,5 milyard kubmetr təbii qaz nəql edilib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Silivri Yeraltı Təbii Qaz Anbarı Təsisatının açılışında bildirib.

O, qeyd edib i, Rusiya prezidenti Vladimir Putinlə çox əhəmiyyətli görüşləri olub, enerji sahəsində müvafiq addımlar atılıb və bundan sonra da atılacaq.

Bundan başqa, dövlət başçısının sözlərinə görə, ölkəsi “Türk axını” layihəsi ilə Avropanın “mavi yanacaq” təchizatında önəmli rol oynamaqla yanaşı, dünyanın öndə gedən enerji mənbələrindən birinə çevrilməkdədir.

Paylaş
Burada sizin reklamınız ola bilər