Ağstafa

Gənclər arasında atıcılıq turniri keçirilib

19 iyun / 10:40 1 dəq
FB IMG
19 iyun / 10:40
Burada sizin reklamınız ola bilər

Bu gün Qazax GİKM-nin təşkilatçılığı ilə Ağstafa Gənclər Evində atıcılıq üzrə gənclər arasında turnir keçirilib.

“Bölgənin Səsi” saytının məlumatına görə, yarışda 15 iştirakçı 10 m məsafəyə tir tapançasından atəş açmaqda dəqiqliyini yoxlayıb.

5 atışın cəmində 17 xal toplayan Qazax rayonu S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbinin X sinif şagirdi Şamoyev İsrafil Akif oğlu I yerə layiq görülüb.

Turnirin nəticələrinə əsasən, Qazax şəhər  İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Carçıyev Emin Fariz oğlu II, Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli  tam orta məktəbin XI sinif şagirdi Alcanov Fərid Anar oğlu isə III yeri tutub.

Qalib və  mükafatçılar müvafiq diplomlarla təltif olunublar.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı