Bölgə xəbərləri

BDU-nun Qazax filialında elmi konfrans təşkil edilib

28 noyabr / 10:08 1 dəq
16695041791563261666 1000x669
28 noyabr / 10:08
Burada sizin reklamınız ola bilər

Bakı Dövlət Universitetinin Qazax filialında “Şuşa – dünən, bu gün, sabah” mövzusunda respublika elmi konfransı keçirilib.

Universitetin Qazax filialının mətbuat xidmətindən bildirilib ki, BDU-nun Qazax filialında keçirilən konfransda AMEA Gəncə bölməsinin, Gəncə Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, universitetin Quba, Cəlilabad, Ağcabədi filiallarının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin nümayəndələri, BDU-nun Qazax filialının professor, müəllim-tələbə heyəti iştirak ediblər.

 

 

 

 

 

Tədbir öz işini “Şuşa: 270 ilə tarixi ekskursiya. Azərbaycanın ictimai-siyasi həyatında Şuşanın rolu”, “Şuşanın təhsil və maarifçilik ənənələri”, “Şuşanın Azərbaycanın ədəbi irsində yeri” və “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa multikultural dəyərlərin daşıyıcısı kimi” mövzularında bölmə iclasları ilə davam etdirib.

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər