Kateqoriyasız

Müdafiə Nazirliyi: Təxribat törədən erməni hərbçiləri tərksilah edilib

16 noyabr / 13:40 1 dəq
Fd39c6b5 e910 3475 8376 4e645c25a3e2
16 noyabr / 13:40
Burada sizin reklamınız ola bilər

Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər