Şəmkir rayonunda yerli sakin dəm qazından boğularaq ölüb.
“Qərb Xəbər”in məlumatına görə Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü E.Abdulrəhimov yaşadığı evin vanna otağında dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə, həmin şəxs yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.