Bölgə xəbərləri

Müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi başlayır

15 sentyabr / 13:22 1 dəq
8b0c3227 c4e2 3b9d a9ff 34411caa6883
15 sentyabr / 13:22
Burada sizin reklamınız ola bilər

Sentyabrın 16-sı saat 11:00-dan etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verilir.

Bu barədə “Qərb Xəbər”ə İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, vakansiya seçimi 19 sentyabr saat 11:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.

Müsabiqənin hazırkı vakansiya seçimlərində iştirak etmək istəyən namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Paylaş
Burada sizin reklamınız ola bilər