Qərb derbisini qazanan “Turan Tovuz” 4-cü pilləyə yüksəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.
“Qərb Xəbər” bildirir ki, açılış matçında “Turan Tovuz” evdə “Kəpəz”i qəbul edib. Tovuz şəhər stadionunda oynanılan Qərb derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Tovuz təmsilçisindən hər iki qolu Runi Eva vurub. 39-cu dəqiqədə hesabı açan kamerunlu hücumçu 77-ci dəqiqədə penaltidən fərqlənməklə son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 10-a çatdıran “Turan Tovuz” 4-cü pilləyə yüksəlib. Xalı olmayan “Kəpəz” isə sonuncudur.




