Bölgə xəbərləri

Müəllimlər üçün əlavə vakansiya seçiminin nəticələri açıqlanıb

27 avqust / 09:13 1 dəq
8c7eefa0 4862 38e6 b7db eeabc4b88cdc
27 avqust / 09:13
Burada sizin reklamınız ola bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas turunda tutulmayan vakant yerlər üçün əlavə vakansiya seçiminin nəticələri açıqlanıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas turunda tutulmayan vakant yerlər üçün əlavə vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

24-26 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 251 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib.

Qeyd edək ki, müsahibə mərhələsi tədris ili ərzində baş tutacaq və bu barədə məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər