Bölgə xəbərləri

Azərbaycanın şimal bölgəsindəki bütün yanğınlar tam söndürülüb

22 avqust / 13:43 1 dəq
E1ee9576 a0ba 3dfd a5bb 00105fc0a4f8
22 avqust / 13:43
Burada sizin reklamınız ola bilər

Quba rayonunun Qasımqışlaq, Gədikqışlaq və Vəlvələ kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğın tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildirilib ki, havanın isti və küləkli olmasına, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğının daha geniş ərazilərə yayılmasına imkan verilməyib.

Ümumilikdə Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları üzrə baş vermiş yanğınlar nəticəsində təxminən 5000 hektar sahədə meşə və meşəətrafı ərazi, örüş və biçilmiş əkin sahələri yanıb.

Şimal bölgəsində bütün yanğınlar tam söndürülüb.

 

Paylaş
Burada sizin reklamınız ola bilər