Bölgə xəbərləri

Tovuz şəhər stadionunun ot örtüyü yenilənir

20 may / 10:55 1 dəq
81374f01 06aa 3606 bd18 96bc9bfcda08
20 may / 10:55
Burada sizin reklamınız ola bilər

AFFA Tovuz şəhər stadionunda süni ot örtüyünün yenilənməsi ilə bağlı işlərə başlayıb.

“Qərb Xəbər” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə hazırkı ot örtüyünün sökülməsi başa çatdırılacaq.

Bundan sonra isə standartlara cavab verən yeni süni ot örtüyü quraşdırılacaq.

Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz” ev oyunlarını bu arenada keçirir.

Paylaş
Burada sizin reklamınız ola bilər