Kateqoriyasız

İki ölkə arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub

25 may / 15:31 2 dəq
Indir 2025 05 25t153122.155
25 may / 15:31
Burada sizin reklamınız ola bilər

Azərbaycan və Ukrayna arasında gələcəkdə minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub.

Qerbxeber.com xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib ki, həmkarını Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra regionda münaqişədən sonrakı vəziyyət, xüsusilə yüz minlərlə keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qayıtması üçün göstərilən səylər barədə məlumatlandırıb.

“Biz həmçinin ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən tədbirləri müzakirə etdik, çünki minaların mövcudluğu əhalinin qayıtması üçün ciddi maneə olaraq qalır”, – deyə nazir bildirib.

Andrey Sibiqa qeyd edib ki, azərbaycanlı həmkarıyla minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə ediblər: “Azərbaycanın bu sahədəki təcrübəsi var. Biz dünyanın bununla bağlı dəstəyini tələb edəcəyik, istəyəcəyik”.

Paylaş
Burada sizin reklamınız ola bilər