Bu ilin I rübündə Rusiyanın təbii qaz inhisarçısı “Qazprom” şirkətinin “mavi yanacaq” ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% az – 38,5 milyard kubmetr təşkil edib.
“Qərb Xəbər” məlumat verir ki, “Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Son 1 ildə “Qazprom”un qaz hasilatının həcmi isə dəyişməyib. Şirkət 3 ay ərzində 135 milyard kubmetr qaz hasil edib.