Dünya

Amerika Ukraynaya Hava Hücumundan Müdafiə sistemləri tədarük edəcək – Rəsmi Moskvanı həyəcanlandıran açıqlama

26 mart / 12:09 2 dəq
Hhm
26 mart / 12:09
Burada sizin reklamınız ola bilər

“ABŞ Ukraynanı qabaqcıl Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə təmin etmək üçün Avropa və digər ölkələrdəki tərəfdaşları ilə birgə iş aparır”.

“Qərb Xəbər” məlumat verir ki,  bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bildirib.

“Mən konkret ölkələr və ya konkret sistemlər haqqında danışmayacağam. Bu iş gedir. Təbii ki, bu sistemlərin lazımi yerə çatdırılmasını təmin etmək üçün bu işin effektivliyini qorumaq lazımdır”, – deyə ABŞ prezidentinin köməkçisi bildirib.

Ceyk Sallivan Ukraynanın dənizdən müdafiəsinə və gəmi əleyhinə silahların verilməsinə də toxunub.

“Biz ukraynalılarla və müttəfiqlərlə sahil müdafiəsi və gəmi əleyhinə müdafiə imkanları barədə də danışıqlar aparırıq. Bununla bağlı bəzi əməliyyat mürəkkəbliyi var. Amma bu, bizim sürətli inkişafı təmin etməyə çalışdığımız vektor və sahədir”, – ABŞ prezidentinin müşaviri bildirib.

Ceyk Sallivan sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dan tankların verilməsini istəməyib:

“Biz onun tanklarla bağlı istəyini eşitdik, mənim başa düşdüyüm kimi, ukraynalılar tank məsələsində konkret olaraq ABŞ-a deyil, bəzi başqa dövlətlərə müraciət ediblər”. / TASS

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər