Hadisə

Bu gün vətəndaşların bank kartlarından 15 min manatdan çox pul oğurlanıb

17 aprel / 10:18 2 dəq
Indir 2025 04 14t102746.104
17 aprel / 10:18
Burada sizin reklamınız ola bilər

Vətəndaşların bank kartlarından aprelin 16-da 15 min 40 manat pul oğurlanıb.

Bu barədə Qerbxeber.com Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən vətəndaşlara müraciət edilərək bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:

“Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4709, 4000, 2375, 1500, 790, 514, 464, 234, 200, 167, 87 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

Paylaş
Burada sizin reklamınız ola bilər