Son Xəbərlər
Siyasət

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bu gün / 14:40 1 dəq
Latviya prezidenti, rəsmi qarşl
Bu gün / 14:40
Burada sizin reklamınız ola bilər

Aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.

Qerbxeber.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib

Latviyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Paylaş
Burada sizin reklamınız ola bilər