Hadisə

Ramiz Mehdiyevin YAP-dan qovulması gözlənilir

14 fevral / 20:11 1 dəq
679E8BAC 194C 4FD0 BC24 EA26A1BB2CB4
14 fevral / 20:11
Burada sizin reklamınız ola bilər

“Qərb Xəbər” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə geniş məlumat yayılmaqdadır.

İddia edilir ki, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.

Buna səbəb isə R.Mehdiyevin ötən həftə AMEA-nın rəsmi saytında dərc etdiyi geniş məqalədir. Akademik həmin məqalədə hakimiyyətlə dialoqa gedən siyasi partiyaları aşağılayıb, onlara qarşı radikal müxalifətin apardığı kampaniyalarda istifadə etdiyi epitetlərdən yararlanıb. Bundan başqa, Ramiz Mehdiyev Azərbaycanın milli təhsil sistemi haqqında da təhqiramiz fikirlər səsləndirib. Eyni zamanda, onu tənqid edən Milli Məclisin bəzi üzvlərini, elm adamlarını təhqir edib.

Qeyd edək ki, Ramiz Mehdiyev az öncə AMEA prezidenti postundan istefa verib.

Paylaş
Burada sizin reklamınız ola bilər