Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Consonun proqnozu – 48 saata dünya müharibəsi başlayır

14 fevral / 20:32 2 dəq
Boris conson
14 fevral / 20:32
Burada sizin reklamınız ola bilər

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü təhlükəsi “dünyanı uçurumun kənarına gətirir” və bildirib ki bu “çox, çox təhlükəli və çətin vəziyyət” yaradır.

Çərşənbə axşamı baş nazir Böyük Britaniyanın Ukraynadakı mövcud vəziyyətə reaksiyasını müzakirə etmək üçün hökumətin COBRA fövqəladə hallar komitəsinin tam iclasını keçirəcək.

Conson deyib ki, Rusiya Ukraynaya müdaxilə etməyi planlaşdırır və buna dair “olduqca aydın” sübutlar var. Bu barədə “Sky News” xəbər verir.

“Düşünürəm ki, sübutlar olduqca aydındır. Ukrayna ilə sərhəddə 130 minə yaxın hərbçi cəmləşib. İşğal üçün ciddi hazırlıqları göstərən bir çox başqa əlamətlər var. Biz başa düşməliyik ki, bu, çox, çox təhlükəli və çətin vəziyyətdir”, – baş nazir bəyan edib.

Bununla belə, Conson əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin “hələ geri qayıtmağa vaxtı var”. “Biz hər kəsi dialoqa dəvət edirik”, – o bildirib.

Conson, vəziyyətdən “son dərəcə narahat olduğunu” söyləyib. “Biz əmin olmalıyıq ki, prezident Putin belə addımının iqtisadi və siyasi nəticələrini başa düşür”, – Conson əlavə edib.

“Yadınızdadırsa, Rusiya Ukraynanın şərqini, Krımı alıb. Amma biz həqiqətən də Rusiya karbohidrogenlərindən asılılıqdan xilas olmaq üçün kifayət qədər iş görməmişik”, baş nazir deyib, və bütün Avropa ölkələrini Rusiyanın neft və qazından asılılığı azaltmağa çağırıb.

O həmçinin yaxın 48 saata müharibənin baslaya biləcəyini də qeyd edib. Xatırladaq ki, ABŞ kəşfiyyatı da fevralın 16- da müharibə başlayacağını qeyd etmişdi

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı