Bölgə xəbərləri

Şəmkirdə baş verən qəzada ata və qızı ölüb

16 noyabr / 14:43 1 dəq
8f81cee2 b49d 3173 a4f9 133002de266d
16 noyabr / 14:43
Burada sizin reklamınız ola bilər

Xəbər verdiyimiz kimi, Şəmkirdə baş verən ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

Report-un məlumatına görə, Şəmkir rayon Qasımalılar kəndi ərazisində 2 avtomobilin toqquşması nəticəsində Bayram Həsən oğlu Gözəlov, onun qızı, Aliyə Bayram qızı Gözəlova və daha bir qadın dünyasını dəyişib.

Avtomobil qəzasında ailənin digər üzvləri, Yasin Bayram oğlu Gözəlov, Hüseyn Bayram oğlu Gözəlov və uşaqların nənəsi, Hicran Camal qızı Əliyeva ağır xəsarətlər alıb. Hadisə zamanı həmçinin daha bir nəfər, Elməddin Orucəli oğlu Zeynalov da müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər