İdman

Çempionlar Liqası: “Qarabağ” bu gün səfərdə “Dinamo” ilə qarşılaşacaq

20 avqust / 09:25 1 dəq
753a57d0 00ce 3862 823a ee10efd6db12
20 avqust / 09:25
Burada sizin reklamınız ola bilər

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Qerbxeber.com məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin ilk oyununda Xorvatiyada “Dinamo” (Zaqreb) klubunun qonağı olacaq.

“Maksimir” stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyun

20 avqust

“Qarabağ” – “Dinamo” (Xorvatiya)

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Zaqreb, “Maksimir” stadionu.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər