Kateqoriyasız

Ermənistan Kəlbəcər istiqamətində təxribat törədib

13 noyabr / 20:37 1 dəq
5ec0696b da24 33a2 88b4 c366a00d3f7e
13 noyabr / 20:37
Burada sizin reklamınız ola bilər

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

“Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – məlumatda bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər