Bölgə xəbərləri

Tovuzda avtomobil körpüdən çaya aşıb

7 iyul / 13:28 1 dəq
Fadef9b8 4072 3ff7 a3ad b9331d98c544
7 iyul / 13:28
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda avtomobil körpüdən aşaraq çaya düşüb.

Reportun məlumatına görə, hadisə rayonun Ağbaşlar kənd ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ- 21015” markalı avtomobil idarəetmədən çıxaraq çaya aşıb. Qəza zamanı avtomobildə bir neçə nəfər olub.

Onlardan Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Namiq Alıyevin xəsarəti daha ciddi olub və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər