Dünya

ABŞ Çinin 50 şirkətini sanksiya siyahısına daxil edib

26 mart / 15:59 2 dəq
07099834 328c 3cfd 8d21 692e11bd34d8 850
26 mart / 15:59
Burada sizin reklamınız ola bilər

ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu sanksiya siyahısına 80 təşkilat əlavə edib və bunların 50-dən çoxu Çin şirkətləridir.

Qerbxeber.com xəbər verir ki, bu barədə Büronun məlumatında bildirilib.

Siyahıda qeyd olunan şirkətlərə ixrac məhdudiyyətləri tətbiq olunur. Xüsusilə ABŞ şirkətləri siyahıya daxil edilmiş təşkilatlara ölkə hökumətinin razılığı olmadan mal və texnologiyalar təchiz etmək hüququna malik deyil.

“Biz rəqiblərimizin ABŞ texnologiyalarından öz ordularını gücləndirmək və amerikalıların həyatını təhdid etmək üçün istifadə etməsinə imkan verməyəcəyik”, – məlumatda ABŞ-nin ticarət naziri Hovard Lyutnikə istinadən bildirilib.

Ticarət Nazirliyinin qeyd etdiyi kimi, Çin şirkətlərinin bir çoxu daha sonra ölkənin hərbi məqsədlərlə istifadə edəcəyi süni intellekt, superkompüterlər və yüksək texnoloji çiplərin hazırlanmasında ehtimal edilən iştiraka görə qara siyahıya salınıb. İki şirkət “Huawei”ə qarşı sanksiyaları pozduğuna görə siyahıya daxil edilib.

Çin şirkətlərindən əlavə, Tayvan, İran, Pakistan, Cənubi Afrika və BƏƏ şirkətləri də siyahıya salınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər