Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gedib.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə politoloq Qabil Hüseynli məlumat verib.
Onun sözlərinə görə, artıq Türkiyə ilə təkcə qardaş deyilik, iki dövlət bir millətik: “Yəni dünyada tayı bərabəri olmayan bir münasibətlər sistemini qurmuşuq. Xüsusilə Müdafiə Sənayesi sahəsində müdafiə sistemi vahidləşib, bütövləşib. Hava sahəsini Türkiyə ilə birlikdə qoruyuruq. Türkiyənin hava sahəsi Azərbaycanın, Azərbaycanın hava sahəsi Türkiyənindir. Strateji müttəfiqdən də yüksək olan bir münasibətlər sistemidir. Türkiyə Azərbaycanın, Qarabağla problemlərinin həll edilməsində önəmli rol oynayıb. Türkiyənin diplomatik səyləri olmasa idi, Qarabağ məsələsində ciddi müqavimətə rast gələrdik. Amma artıq indi ərazi bütövlüyü təmin edilmək üzrədir. Azərbaycan ordusu ermənilər üzərində çox böyük qələbə qazanıb. Qələbənin rəsmiləşdirilməsinə, sülh müqaviləsinin bağlanmasına baxmayaraq, ermənilər öz xüsusiyyətlərinə uyğun olaraq, aranı qarışdırmaq isdəyirlər”.
Politoloq bildirir ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Rusiya kontekstində son hadisələri müzakirə edəcəklər: “Eyni zamanda Ermənistanlada danışıqlar prosesinin gedişi haqqında məlumatlandıracaqlar. Qabaqda Ermənistan və Azərbaycan siyasi rəhbərliklərini Brusseldə, Avropa İttifaqı vasitəçiliyilə keşirəcəklərini danışacaqlar. Bu görüşdə strategiyanı, taktikanı müəyyənləşdirəcəklər. Türkiyəyə səfər çox önəmli səfərdir. Azərbaycan üçün çox vacib səfərdir. Mən inanıram ki, uğurla nəticələnəcək”!
Vüsalə Kərimova.