Kateqoriyasız

Traktor istehsalı artıb

15 iyun / 13:48 1 dəq
60c87436bdc5e60c87436bdc5f162374968660c87436bdc5c60c87436bdc5d
15 iyun / 13:48
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-may aylarında Azərbaycanda 239 traktor istehsal olunub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə may ayında 77 vahid sözügedən texnikadan buraxılıb ki, bu da aprel ayı ilə müqayisədə 6,9% çoxdur. İyunun 1-nə hazır məhsul ehtiyatı 70 traktor təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 300 traktor istehsal olunub, bu da illik müqayisədə 66,9% azdır. Ölkədə traktorların istehsalı ötən ilin may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunaraq dekabrda qədər davam edib və bu ilin fevralından yenidə bərpa olunub.

Xatırladaq ki, 2020-ci il ərzində Azərbaycan xaricdən 44,458 mln. ABŞ dolları (75,579 mln. manat) dəyərində 1 986 vahid müxtəlif növ traktor idxal edib.

Paylaş
Burada sizin reklamınız ola bilər