Dünya

Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan arasında dördtərəfli bəyannamə imzalanıb

1 aprel / 13:59 1 dəq
Sened imzalanması
1 aprel / 13:59
Burada sizin reklamınız ola bilər

Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan “Trans-Xəzər Şərq-Qərb dəhlizi” barədə dördtərəfli bəyannamə imzalayıb.

“Qərb Xəbər” bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, sənəd Şərq-Qərb dəhlizinin vacibliyini vurğulayır və dörd ölkənin beynəlxalq nəqliyyat sisteminə inteqrasiya potensialını möhkəmləndirir.

Bəyannamədə, həmçinin, Avropa ilə Asiya arasında rəqabətqabiliyyətli daşımaların təşviqində Bakı-Tbilisi-Qars dəmiryolunun vacib rolu qeyd olunur və həmin dəmiryolunun buraxılış gücünün artırılması üçün tikinti işlərinin başa çatmasının vacibliyi vurğulanır.

Sənəddə həm də bu marşrut üzrə nəqliyyat əməliyyatlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə infrastruktura investisiyaların vacibliyi qeyd olunur.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər