Kateqoriyasız

Azərbaycan Kuboku: İkinci yarımfinal görüşü heç-heçə yekunlaşıb

23 aprel / 21:44 1 dəq
23 aprel / 21:44
Burada sizin reklamınız ola bilər

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.

“Kapital Bank Arena”da “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəlib. Baş hakim Səbuhi Bayramovun idarə etdiyi görüş qolsuz bərabərliklə yekunlaşıb.

Daha əvvəl “Qəbələ” evdə “Qarabağ”ı məğlub edib – 1:0.

Qeyd edək ki, cavab görüşləri mayın 1-də keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər