Hadisə

Gəncədə ailənin dörd üzvü bıçaqlandı, biri öldü

17 iyun / 10:39 1 dəq
Knife2
17 iyun / 10:39
Burada sizin reklamınız ola bilər

Gəncədə kişi ailə üzvlərini bıçaqlayıb.

Trend-in məlumatına görə, şəhər sakini, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşı arvadı, 1967-ci il təvəllüdlü Ofeliya Quliyevanı, öz gəlini 1984-cü il təvəllüdlü Günay Quliyevanı və nəvələri- 2006-cı il təvəllüdlü Malik Quliyevi, 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızını bıçaqlayıb.

Hadisə zamanı O. Quliyeva hadisə yerində ölüb. Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən M. Quliyev saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər