İyulun 3-də Tbilisidə baş tutacaq genişmiqyaslı aksiyanın iştirakçıları Rustaveli prospektində bir gecəlik qalmağa hazırlaşırlar.
“Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, bu barədə “Utanc” Hərəkatı məlumat yayıb.
Hərəkatın yaydığı bəyanatda deyilir: “Son günlər hakimiyyətin atdığı addımlar təsdiq edir ki, oliqarx sistemi ictimai tələbləri yerinə yetirmək fikrində deyil, ona görə də iyulun 3-də saat 20:00-da yenidən Rustaveli prospektində toplanacağıq!. Hökuməti güzəştə getməyə məcbur etmək üçün etirazımız daha da şiddətlənəcək, lakin mütləq dinc və qeyri-zorakı formada davam edəcək. Ona görə də biz iyulun 3-də Rustaveli prospektində bir gecə qalmağa hazırlaşırıq ki, bunun da konkret məqsədi olacaq.
Parlament qarşsında keçirilən gecə hər bir vətəndaş üçün maraqlı və rəngarəng olacaq, bunun üçün müxtəlif tədbirlər nəzərdə tutulub”, – deyə “Utanc” Hərəkatının yaydığı məlumatda deyilir.