Üç ölkənin xüsusi təyinatlılarının birgə təlimi başlayıb
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfirliyindən bildirilib.
Gürcüstanın ev sahibliyi etdiyi təlimlərin açılış mərasimi oktyabrın 10-da Muxrovanidə baş tutub. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı