Şəmkir rayonunuda yaşayan fermerlərdən “Qərb Xəbər”ə şikayət daxil olub. Belə ki, rayonun Dəllər- Daşbulaq kəndində və digər yaxın kəndlərdə kəndlilər suvarma suyunun verilməməsindən əziyyət çəkillər. Hazırda, suya tələbatın artdığı bir vaxtda sahələrə suyun verilməməsi, dünyanın ərzaq çatışmazlığı ilə üz üzə qaldığı bir vaxtda, ölkəmizin ərzaq təhlükəsizliyinə zərbədir.
Şəmkir kimi böyük bir rayonun su təsərrüfatının idarə edilməsinə məsul olan səlahiyyətli şəxslərdən bu məsələdə məsuliyyətli bə peşəkar davranış tələb olunur.Çünki,bu gün fermerlərin susuzluqdan yanan məhsulları ölkəmizi böhrana sürükləyir.
Məsuliyyətli olun, cənablar!