9 fevralda səs verəcək seçicilərin sayı
Azərbaycanda bu ilin fevralın 9-da təyin edilmiş Milli Məclisə seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlanıb.
Seçici siyahılarının dəqiqləşdirilməsinə görə daimi seçicilərin sayı 5 212 902 nəfərdir. Onların 2 563 261 nəfəri (49,17 %) kişilər, 2 649 641-i (50,83 %) isə qadınlardır. Ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici siyahılarına adları daxil edilən seçicilərin sayı 4 972 356 olub.
Milli Məclisə seçkilər ölkə üzrə 125 seçki dairəsinin 5426 məntəqəsini əhatə edəcək. Bələdiyyə seçkiləri isə 5049 seçki məntəqəsində keçirilmişdi.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı