“3+3” regional platformasının növbəti – üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib.
O bildirib ki, iclasa Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri qoşulacaq.
Xatırladaq ki, 3+3 formatına Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya və Ermənistan daxildir. XİN başçılarının ilk görüşü 2021-ci ilin dekabrında Moskvada, ikinci toplantı isə 2023-cü ilin oktyabrında Tehranda baş tutub.