Noyabrın 3-də Gəncə Ağır Cinayətlər Məhkəməsində azyaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilib.
“Qərb Xəbər”in məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində mərhum N.Quliyeva bacısı Şəbnəm Quliyeva şahid qismində ifadə verib.
Məhkəmə prosesi haqqında İlkin Süleymanovun vəkili Əlibaba Rzayev və qardaşı Adil Süleymanov müxbirimizə müsahibə verib.
Qeyd edək ki, səslənən fikirlərə görə redaksiya məsuliyyət daşımır, qarşı tərəfin fikirlərini də yayımlamağa hazırıq.