“Son bir ayda 4 500 şəhid ailəsi və müharibə əlili dövlətin qayğısı ilə əhatə olunub”.
“Qərb Xəbər”in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən iclasında deyib.
O, bildirib ki, bu il 1 500 mənzil və fərdi ev bu kateqoriyadan olan insanlara veriləcək:
“Ümumilikdə isə 9 mindən çox fərdi ev və mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib”, – deyə nazir əlavə edib.