Dünya

Türkiyə Avropa çempionatının 1/8 finalına vəsiqə qazanıb

27 iyun / 08:12 2 dəq
Indir 2024 06 27T081153.403
27 iyun / 08:12
Burada sizin reklamınız ola bilər

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun oyunlarına yekun vurulub.

Qerbxeber.com xəbər verir ki, Hamburqdakı “Folksparkştadion”da baş tutan Çexiya – Türkiyə qarşılşaması ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə millisindən Hakan Çalhanoğlu (51) və Cenk Tosun (90+4), Çexiyadan isə Tomaş Suçek (66) fərqlənib. Bu oyunda Çexiya komandasının iki üzvü – Antonin Barak (20) və Tomaş Çori (90) qırmızı vərəqə ilə meydandan qovulub.

Helzenkirhendəki “Feltins Arena”da keçirilən Gürcüstan – Portuqaliya qarşılaşması Gürcüstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

Bu nəticələrdən sonra Portuqaliya qrup lideri, Türkiyə millisi isə ikinci pillənin sahibi kimi 1/8 finala adlayıb. Gürcüstan ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanıb.

1 Portuqaliya 3 2 0 1 5-3 6
2 Türkiyə 3 2 0 1 5-5 6
3 Gürcüstan 3 1 1 1 4-4 4
4 Çexiya 3 0 1 2 3-5 1
Paylaş
Burada sizin reklamınız ola bilər