Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Cəfərov Kənan Bəhmən oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Bakı hərbi prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev “Qafqazinfo”ya bildirib ki, daxil olmuş məlumat əsasında Bakı hərbi prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.