Şəmkir

Şəmkirə yeni polis rəisi təyin edilib

19 aprel / 09:25 1 dəq
Bfd454d9 2d9a 34f3 86b4 8fce7dc114eb
19 aprel / 09:25
Burada sizin reklamınız ola bilər

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

“Qərb Xəbər”in məlumatına görə, əmrə əsasən Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nəvai Qasımov tutduğu vəzifədən azad edilərək Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Şəmkirin əvvəlki polis rəisi, polis polkovniki Elnur Həsənov tutduğu vəzifədən azad edilərək Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Paylaş
Burada sizin reklamınız ola bilər