Bu günlərdə Tovuz KOB İnkişaf Mərkəzi, “Əbədi Birlik” Gənclər İctimai Birliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsi görüş keçirib.
“Qərb Xəbərin məlumatına görə, AVMVİB-nin Tovuz rayon şöbəsinin sədri Etibar Veliyev və ƏBGİB-nin icraçı direktoru Xəyal Məmmədov mərkəzə baş çəkərək aparılan işlərlə yaxından tanış olub.
Gənc sahibkarlar ilə görüşdə onlarla maraqlı fikir mübadiləsi aparılıb, onların bir çox sahədə uğurlara imza atdıqlarından danışılıb.
Görüşdə bir sıra layihə və təşəbbüslər müzakirə olunub və gələcəkdə bu konstruktiv əməkdaşlığın davam etdirilicəyinə dair müzakirələr aparılıb.
Tovuz rayonunda iqtisadiyyatın inkişafına və sahibkarlığın düzgün qurulub inkişaf etdirilməsinə verdiyi töhfəyə görə Tovuz KOB İnkişaf Mərkəzi birliklər tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.