Zelenskinin ərazi mübadiləsi təklifinə Rusiyadan reaksiya
Vladimir Zelenskinin Ukrayna münaqişəsinin həlli üçün mümkün ərazi mübadiləsi ilə bağlı istəyi əhəmiyyət kəsb etmir, çünki Zelenski qeyri-legitim prezidentdir.
Qerbxeber.com xəbər verir ki, bu barədə Xarkov vilayətinin “hərbi-mülki administrasiyasının rəhbəri” Vitali Qançev məlumat yayıb.
“Bunlar şərt irəli sürmək üçün heç bir hüquqi əsası olmayan, qeyri-legitim prezidentin xəyallarıdır”, – Qançev vurğulayıb.
Qeyd edək ki, Zelenski daha öncə danışıqlar masasında Kursk vilayətində ələ keçirilən ərazilərin mübadiləsini təklif edə biləcəklərini dilə gətirib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı