Son Xəbərlər
PAPA Leo: Tramp administrasiyasından qorxmuram Tramp: Mən Ağ evdə olmasaydım, Leo Vatikanda olmazdı Paşinyan: Yaxın vaxtlarda “Tramp Marşrutu”ilə əlaqədar böyük hadisələr olacaq NATO ABŞ-nin Hörmüz boğazında İranın blokada planına qoşulmur Ermənistan Baş Prokurorluğu Qareginin haqqında verilən qərardan razı qalmayıb Tramp: Hörmüzdə blokadanı yarmağa çalışan gəmilər dərhal vurulacaq Qazaxda Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib Aİ Şurasının prezidenti Fars körfəzi ölkələrinə səfər edib ABŞ Hörmüz boğazında İrana qarşı blokadaya start verib Macarıstanın növbəti Baş naziri Putinə müharibəni sona çatdırmağı məsləhət görəcək. PAPA Leo: Tramp administrasiyasından qorxmuram Tramp: Mən Ağ evdə olmasaydım, Leo Vatikanda olmazdı Paşinyan: Yaxın vaxtlarda “Tramp Marşrutu”ilə əlaqədar böyük hadisələr olacaq NATO ABŞ-nin Hörmüz boğazında İranın blokada planına qoşulmur Ermənistan Baş Prokurorluğu Qareginin haqqında verilən qərardan razı qalmayıb Tramp: Hörmüzdə blokadanı yarmağa çalışan gəmilər dərhal vurulacaq Qazaxda Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib Aİ Şurasının prezidenti Fars körfəzi ölkələrinə səfər edib ABŞ Hörmüz boğazında İrana qarşı blokadaya start verib Macarıstanın növbəti Baş naziri Putinə müharibəni sona çatdırmağı məsləhət görəcək.
Dünya

Zelenski:Biz Rusiyanın öz zavodlarında raket yığmaq imkanlarını əlindən almalıyıq”.

15 mart / 15:14 2 dəq
Zelenski (1)
15 mart / 15:14
Burada sizin reklamınız ola bilər

Rusiya ordusu təkcə son bir həftə ərzində Ukrayna ərazisinə 1770 zərbə PUA-sı, 1530-dan çox idarə olunan aviabomba və 86 raketlə hücum edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat paylaşıb.

Dövlət başçısı qeyd edib ki, düşmən tərəfindən atılan raketlərin 20-dən çoxu ballistik xarakterli olub. Zelenski vurğulayıb ki, bu raketlərin hər birinin tərkibində Rusiyaya sanksiyalardan yan keçməklə gətirilən azı 60 xarici komponent mövcuddur.

Ukrayna liderinin sözlərinə görə, bu təchizat zəncirləri hər kəsə məlumdur və onların tamamilə ləğv edilməsi zəruridir:

“Əgər dünyanın həm Avropada, həm də Yaxın Şərqdə səmanı ballistik raketlərdən qorumaq üçün eyni vaxtda kifayət qədər hava hücumundan müdafiə (HHM) vasitəsi yoxdursa, biz Rusiyanın öz zavodlarında raket yığmaq imkanlarını əlindən almalıyıq”.

Prezident Zelenski sonda həyatın qorunması naminə sanksiya təzyiqlərini davam etdirən bütün beynəlxalq tərəfdaşlara təşəkkürünü bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər