Dünya

Zelenski: Rusiya ABŞ-nin təklifləri ilə razı olsa, müvafiq addımlar atılacaq

13 mart / 08:57 2 dəq
67d192ef616f767d192ef616f8174178788767d192ef616f567d192ef616f6
13 mart / 08:57
Burada sizin reklamınız ola bilər

“Ciddədə aparılan danışıqlar konstruktiv idi. Rusiya onların nəticələrindən imtina edəcəyi halda Vaşinqtonun təsirli addımlar atacağını ehtimal etmək olar”.

Qerbxeber.com xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski deyib:

“Ümumilikdə ABŞ tərəfi bizim müharibənin tezliklə bitməsinə yönələn sürətli addımlar atmağımızı istəyirdi. Lakin onlar bunu nümayiş etdirdiyimizi gördüyü halda bizə hərbi dəstəyin davam etdiriləcəyinə dair vəd verdilər. Mən bunu müsbət qiymətləndirirəm. Rusiya da bizim kimi ABŞ-nin təklifləri ilə razı olduğunu nümayiş etdirsə buna müvafiq addımlar atılacaq. Ciddədə aparılan danışlqları ümumiyyətlə konstruktiv adlandırardım. Çünki onun nəticəsində ABŞ ölkəmizə yardımları bərpa etdi. Müzakirələr zamanı Rusiyanın atəşkəsi pozacağı halda bu ölkəyə sanksiyaların tətbiqi də diqqət mərkəzində olub, lakin bu barədə danışmaq hələ tezdir. Bu məsələ ABŞ və Rusiya rəsmiləri arasındakı dialoqdan asılı olacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər