Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Qafqaz

Gürcüstan Müsəlmanları İdarəsi iftar mərasimində iştirak etməməsinin səbəbini belə izah edib-BƏYANAT

19 mart / 08:14 3 dəq
Gürcüstan molları
19 mart / 08:14
Burada sizin reklamınız ola bilər

Martın 17-də Tbilisidə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təşkil olunmuş, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi ilə Gürcüstan azərbaycanlıları üçün açılmış iftar mərasiminə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) axundları və imamlarının niyə iştirak etmədiklərinə dair BGMİ bəyanat yayıb.

Qerbxeber.com Aktual.ge-ə istinadən  BGMİ-dən verilən bəyanatı olduğu kimi təqdim edir:

Ötən axşam Tbilisi şəhərində Azərbaycan Respublikasının ölkəmizdəki səfirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Milli-Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən birgə iftar süfrəsi təşkil olunmuşdur.
İftar məclisinə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və bir sıra ruhanilər dəvət olunsalar da, onlar səfirliyə məlum olan səbəblərə görə tədbirdə iştirak etməkdən imtina etmişlər.
İmtinanın səbəbi ondan ibarətdir ki, Gürcüstan Müsəlmanları İdarəsinin artıq iki ildir Azərbaycanın şimal qərbində yaşayan gürcü müsəlmanları üçün iftar məclisi təşkil etmək təşəbbüsü ilə etdiyi rəsmi müraciətlərə müsbət cavab ala bilməmişdir.  Bu məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyi ilə danışıq aparılsa və əvvəlcədən məlumat verilməsinə baxmayaraq, qeyd olunan təşəbbüsə cavab verməkdən yayınmaqla dəstək göstərilməmişdir.

İftar mərasimi zamanı Azərbaycan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri cənab Faiq Quliyev məsələnin mahiyyətindən xəbərdar olduğu halda, Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və ruhanilərini hədəf alan ağır ittiham səsləndirmişdir.
Səsləndirilən bu ittiham qəbuledilməzdir. 
 Azərbaycan dövləti və ölkəmizdəki səfirliyi ilə mövcud olan xoş münasibətlərin və səmimi əlaqələrin qorunub saxlanılması vacib və təqdirəlayiqdir. Məlum olduğu kimi narazılıq yalnız Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinədir. 

Biz bütün sahələrdə davam edən ölkələrarası münasibətləri yüksək qiymətləndirir, daha da inkişafını istəyirik. Yaşasın Gürcüstan və Azərbaycan dostluğu”.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı