Dünya

Zalujnının istefasının səbəbləri-AÇIQLAMA

9 fevral / 12:46 1 dəq
Mixail podolyak
9 fevral / 12:46
Burada sizin reklamınız ola bilər

Ukrayna prezident aparatının rəhbəri Mixail Podolyak Zalujnının istefası ilə bağlı açıqlama verib.

Qerbxeber.com  xəbər verir ki,  Podolyak Zalujnının istefasını Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ildəki uğursuzluğu ilə əlaqələndirib:

“Qərar ötən il lazımi nəticəni tam təmin etməyən fəaliyyət taktikasının olması, cəbhə xəttində ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərən durğunluğun qarşısının alınması, yeni funksional və yüksək texnoloji həllərin tapılması zərurəti ilə bağlıdır”, – Podolyak vurğulayıb.

Onun sözlərinə görə, orduda idarəetmə islahatlarının başlanması vacibdir. Podolyak hesab edir ki, Zalujnının istefası Ukraynaya döyüş meydanındakı durğunluğu aradan qaldırmağa imkan verəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər